Lənkəranda "Mandarin" restoranında çalışan ofisiant Tofis Nəsirovu öldürən həmin obyektin administratoru Seymur Bayramlının məhkəmə prosesi başa çatıb.
Musavat.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1992-ci il təvəllüdlü S.Bayramlı 10 il müddətinə azadlıqdan məhrum edilib.
2022-ci ilin noyabrında baş verən hadisə şəxsi münasibətlər zəminində qeydə alınıb.
Belə ki, Seymur geyim və müştərilərə xidmət qaydalarında nöqsanlara yol verməsinə görə Tofisə irad tutub. Nəticədə yaranan mübahisə zamanı təqsirləndirilən şəxs ona söyüş söyüb. Tərəflər aralarında yaranan mübahisəyə aydınlıq gətirmək üçün həmin gün gecə saatlarına görüşüblər. Bu görüş isə qanla bitib, Seymur Tofisi bıçaqlayaraq qətlə yetirib və könüllü şəkildə polisə təslim olub.
Qeyd edək ki, T.Nəsirov Lənkəran Dövlət Universitetinin üçüncü kurs tələbəsi idi.
Fotoda Tosif Nəsirov