Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verildi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Milli Məclisin VI​ çağırış deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirə olunub.

MSK-nın iclasında Adil Abış oğlu Əliyevin səlahiyyətlərinə xitam verilməsi ilə bağlı qərar verilib.

Qeyd edək ki, A. Əliyev ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Suraxanı RİH başçısı təyin edilib./Qafqazinfo

09.07.2024 16:19
934