Adil Əliyev icra başçısı təyin olunur?- Özü danışdı

 

Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı ilə bağlı xəbər yayılıb. 

“AzPolitika.info” saytı yazıb ki, redaksiyalarına daxil olan məlumata görə bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq. 

Sayt yazır ki, məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu, Adil Əliyevdir. 

Məsələ ilə bağlı yayılan məlumatı dəqiqləşdirmək üçün Adil Əliyevlə əlaqə saxladıq. Adil Əliyev Musavat.com-a açıqlamasında yazılanlara bu cür reaksiya verdi: "Rəsmi xəbər olmadığı halda bir söz deyə bilmərəm".

Musavat.com

08.07.2024 11:42
4240