Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev təsdiq olunmuş qəbul qrafikinə uyğun olaraq İcra Hakimiyyətində vətəndaş qəbulu keçirib.
Musavat.com xəbər verir ki, rayon rəhbəri müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunmuş qəbul zamanı şəhid ailələri, qazilər olmaqla, ümumilikdə müraciət etmiş 71 nəfər vətəndaş dinlənilib.
Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verilmiş tapşırıqlara uyğun olaraq təşkil olunmuş qəbulda müraciətləri dinləyən İcra Hakimiyyətinin başçısı Adil Əliyev qaldırdılmış sosial, mənzil şəraitinin yaxşılaşdırılması, səhiyyə, humanitar və başqa müraciətlərin bir qismini yerindəcə həll edib. Habelə digər müraciətlərin hər biri qeydiyyata alınaraq, nəzarətə götürülmüş, həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Eyni zamanda vətəndaşları narahat edən məsələlərlə əlaqədar mövcud qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.
Adil Əliyev bir daha diqqətə çatdırıb ki, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması və müraciətlərin qısa müddətdə həll olunması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olan bütün müraciətlər tam, hərtərəfli araşdırılmaqla qanunvericiliyə uyğun olaraq addımlar atılır.
Qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə, eləcə də yaradılmış rahat şəraitə görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Musavat.com