AZAL-ın təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Qarabağa səfər edir.
Musavat.com xəbər verir ki, səfər əsnasında jurnalistlər Şuşa və Laçının tarixi yerlərini addım-addım gəzib, bu haqda reportaj hazırlayacaqlar.
Səfər 26-29 iyul tarixlərini əhatə edəcək.
3 gün ərzində Qarabağda nə etmək olar? Musavat.com olaraq növbəti günlərdə hazırladıqlarımız materiallarla bu suala cavab verəcəyik.
Səfər iştirakçıları AZAL-ın müntəzəm reysi ilə Füzuli Hava limanına uçurlar.
Musavat.com