Adaları qeyri-qanuni olaraq ABŞ döyüş gəmiləri ilə silahlandıran Yunanıstan təxribatçı hərəkətlərini davam etdirərkən, daha bir qalmaqallı hadisə yaşanıb.
Musavat.com xəbər verir ki, ABŞ-ın Afinadakı səfirliyi sosial mediada təyyarə daşıyan gəmilərin fotolarını paylaşaraq, “Bir-birinə yaxşı gələn iki şey: yunan təbiəti və Amerikanın gücü” deyə qeyd edib.
Bu yazı ekspertlər tərəfindən Türkiyə üçün təhdid kimi şərh edilib.
Musavat.com