Sentyabrın 5-də Marmarisdə evlənməyə hazırlaşan türkiyəli iş adamı Acun Ilıcalı və sevgilisi Çağla Altunkaya fikirlərini dəyişib.
Musavat.com Sondakika.com-a istinadən xəbər verir ki, tarixi və məkanı dəyişən cütlük sentyabrın 4-də İstanbulda evlənəcək.
Məlumata görə, Ilıcalı və Altunkaya "Esma Sultan Yalısı"nda toy edəcək.
Qeyd edək ki, Şeyma Subaşı ilə evləndikdən qısa müddət sonra boşanan iş adamı özündən kiçik Ayça Çağla Altunkaya ilə uzun müddətdir eşq yaşayır.
Sevgilisinə 5 milyon TL-lik üzüklə evlənmə təklifi edən Ilıcalı açıqlamasında deyib:
"Çox xoşbəxt münasibətim var. Çağla ilə kiçik və məsum dünyamda çox xoşbəxtəm. O dünya mənə çox rahatlıq verir".
Musavat.com