AÇIQLANDI! Sərhəddə yaz TOQQUŞMASI başlana bilər – apreldə... – detallar CANLIda

Azərbaycan-Ermənistan sərhədində müharibənin olacağı ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Həmçinin Ermənistan KİV-də İrəvanın danışıqlar prosesində mövqeyini gücləndirmək üçün hücuma keçəcəyi, bir neçə yüksəkliyi tutmaq istədiyinə dair məlumatlar yayılıb. Eyni zamanda Fransanın Ermənistanın sərhədboyu ərazilərində hərbi məlumatları peyk vasitəsilə İrəvana ötürəcəyi ilə bağlı yayılan informasiyalar da diqqət çəkir.

Maraqlıdır, sərhəddə yeni gərginlik gözlənilirmi? Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edən Ermənistan sərhəddə hücuma keçməyə risk edə bilərmi? Fransanın Ermənistana Azərbaycan, Rusiya, İran və Türkiyə ilə sərhəddən ötürəcəyi peyk məlumatları irəvana nə kimi üstünlük qazandıra bilər?

Ekspertlər deyir ki, yaz aylarına doğru havalar isindikcə iki ölkə arasında sərhədboyu eskalasiya riski getdikcə artacaq. Artıq şərti sərhəddə atəşkəs iki dəfə pozulub. Təqribən aprel-may aylarında eskalasiyanın baş vermə ehtimalı yüksəkdir. Məlumdur ki, Ermənistanı buna təşviq edən böyük qüvvələr var. Yəni İrəvanın iradəsindən asılı olmayaraq onunla bağlı plan bu istiqamətdədir. Ermənistanın baş naziri və müdafiə naziri Fransada səfərdə olarkən razılaşma əldə etdilər ki, Parisin peyk sistemləri vasitəsi ilə Ermənistanın sərhədboyu ərazilərində kəşfiyyat məlumatları toplanaraq İrəvana ötürülsün.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

01.03.2024 11:24
669