AÇIQLANDI! Rusiya minlərlə MİQRANTI cəbhəyə göndərir, getməyənlər isə… - CANLI

Moskva siyasi fəallığı olan insanları orduya cəlb etməmək üçün Mərkəzi Asiyadan minlərlə miqrantı Ukrayna ilə müharibəyə göndərir. Britaniya Müdafiə Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“2024-cü il iyunun 27-də Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edən Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, Rusiya hakimiyyəti bu yaxınlarda Rusiya vətəndaşlığını qəbul etmiş və hərbi qeydiyyatda olmayan 30 min miqrantı müəyyən edib. Bastrıkin qeyd edib ki, onlardan 10 mini artıq Ukraynaya göndərilib. O, bu miqrantların arxa bölgələrdə səngər qazacaqlarını və başqa vəzifələri yerinə yetirəcəklərini iddia edib. Hazırda təhlükəsizlik qüvvələri, xüsusən də Mərkəzi Asiyadan olan miqrantlara qarşı qanuni təzyiq kampaniyası aparır. Onları vətəndaşlıq müqabilində Rusiya ordusuna yazılmağa çağırır və ya əks təqdirdə qondarma ittihamlarla həbs olunacaqları ilə təhdid edirlər”, - məlumatda deyilir.

“Zaman keçdikdə Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli imkanları tükənir”. Bunu isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib. O, Ukrayna Prezidenti Vladimir Zelenskinin təqdim etdiyi sülh planını da ciddi tənqid edib və sonuncunu realist olmağa çağırıb. Daimi nümayəndə getdikcə vəziyyətin daha da gərginləşəcəyini ehtimal etdiyini də söyləyib. Nebenzya bildirib ki, Rusiya-Ukrayna münaqişəsi 2022-ci ildə İstanbul görüşü zamanı başa çata bilərdi, amma Ukrayna bu imkandan istifadə etməyib. Diplomat ABŞ-nin 45-ci Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində dayandıra biləcəyi barədə dediklərini də absurd adlandırıb.

TV Musavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

02.07.2024 15:50
1291