“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova və Fərid Mehralızadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib.

"Report" xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, hər iki şəxs barəsində həbs müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra "Abzas Media"nın daha bir neçə əməkdaşı həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

06.09.2024 16:49
357