Abxaziyada şübhəli azərbaycanlı saxlanıldı

Abxaziyada Türkiyə vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan və Özbəkistan vətəndaşları saxlanılıb.

“Ölkə.Az” xəbər verir ki, Abxaziya "Daxili İşlər Nazirliyi"nin yaydığı məlumata əsasən, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi birgə əməliyyat nəticəsində avqustun 6-da Suxumi şəhərində Abxaziya və Türkiyə vətəndaşını qətlə yetriməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Saxlanılanlardan biri Azərbaycan vətəndaşı Əli İbrahimov, digəri isə Özbəkistan vətəndaşı Otbek Solomovdur.

08.08.2023 19:12
865