Abxaziyada müxalifətçi qüvvələrin növbəti etiraz aksiyası keçirilir.
Musavat.com-un məlumatına görə, etirazçılar “parlament” binası və “prezident administrasiyası” qarşısındakı əraziyə soxulublar. Polislə toqqma baş verdiyi bildirilir. Onlar hökumət binalarının ətrafındakı hasarları, dəmir çərçivələri əraziyə gətirilmiş yük maşını ilə dağıtdıqdan sonra buna nail olublar. Məlumata görə, polis “parlament” binasını mühasirədə saxlayır.
Xatırladaq ki, bir neçə gün əvvəl Abxaziya parlamenti “Çoxfunksiyalı komplekslərin hüquqi statusunun tənzimlənməsi haqqında” qanun qəbul edib. Sənəd oktyabrın 30-da Moskvada imzalanmış investisiyalar üzrə Rusiya ilə hökumətlərarası sazişin bəzi konsepsiyalarını tənzimləyir. Adıçəkilən müqavilə Rusiya şirkətlərinə Abxaziyada investisiya layihələri həyata keçirməyə imkan verir.
Musavat.com