Abşeronda yıxılandan sonra xəstəxanaya getməkdən imtina edən kişi ölüb

Abşeronda kişi yıxılandan sonra ölüb.

Pirəkəşkül kəndində 1979-cu il təvəllüdlü Eldəniz Alıyev spirtli içki qəbul etdikdən sonra evinin həyətində yıxılaraq başı betona dəyib.

Təcili yardım gələrək ona ilkin tibbi yardım göstərilib. Eldəniz Alıyev özünü yaxşı hiss etdiyi bildirməklə xəstəxanaya getməkdən imtina edib.

Lakin bir neçə saat sonra Eldəniz Alıyev ölüb.

Araşdırma aparılır.//APA

12.02.2024 10:16
685