Abşeron rayonu Məmmədli kəndində “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Məmmədli kənd sakini əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Həbib Bayramov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. H.Bayramov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.