Abşeronda ekskavator yandı

Qaradağ rayonu, Müşviqabad qəsəbəsində ekskavator yanıb.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, yol kənarında dayanan ekskavator alışmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunublar.

Həmin görüntüləri təqdim edirik: 

12.08.2024 02:57
322