Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü

Abşeronda dəhşətli cinayət törədilib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.

Orada yaşayan, Salyan rayon sakini, 2008-ci il təvəllüdlü Səid Eldəniz oğlu Əliyev münaqişə zəminində anası, 1986-cı il təvəllüdlü Rəfiqəni bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən S.Əliyev polis tərəfindən tutulub.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

31.03.2025 12:43
856