Abşeronda bıçaqlanma olub

Abşeronda bıçaqlanma olub.

APA xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Məmmədli Cavad Rasim oğlu kirayə yaşadığı evin həyətində aralarında yaranmış mübahisə zəminində evdən götürdüyü bıçaqla Vəliyev Murad Coşqun oğlunu bıçaqlayıb.

Faktla bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, Cavad Məmmədli şübhəli şəxs qismində tutulub.

14.04.2023 10:41
630