Abşeronda avtobus QƏZASI- xəsarət alan var 

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Qobu qəsəbəsində sərnişin avtobusu başqa bir avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1974-cü il təvəllüdlü Sultanova Mehriban Nadir qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

17.05.2024 09:36
708