Abşeronda ağacdan asılı vəziyyətdə kişi meyiti aşkar edilib

Abşeronda intihar hadisəsi olub.

APA xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Rza Talıbov küçəsində qeydə alınıb.

Rayon sakini, 1978-ci il təvəllüdlü Şamşaddin Muradverdiyevin meyiti evinin həyətindəki ağacdan asılı vəziyyətdə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

04.11.2022 10:00
678