Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, qayınatası saxlanılıb - YENİLƏNİB

Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlu qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.

***

Yanvarın 18-də Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görürlər.

Əlavə məlumat veriləcək.

18.01.2024 16:42
926