Abşeronda 22 yaşlı gənc kürəyindən bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Məmmədov Əkbər Namiq oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.