ABŞ bu ilin yayında elektrik enerjisinin kütləvi kəsintisi ilə üzləşə bilər.
Musavat.com xəbər verir ki, bunu Enerji Dominantlığı üzrə Milli Şuraya rəhbərlik edən ABŞ-ın daxili işlər naziri Duqlas Burqum deyib.
Fox News-a müsahibəsində o, bildirib ki, ABŞ prezidenti Donald Tramp ilk günündə enerji sektorunda fövqəladə vəziyyət elan edib: "ABŞ-da elektrik enerjisi istehsalı sahəsi böyük problemlərlə doludur. Biz İspaniyada baş verənləri gördük. Bu, Amerikada bu ilin yayında baş verə bilər, çünki Bayden administrasiyası bizim enerji şəbəkəmiz üçün təhlükə yaradıb".
Musavat.com