Amerikalıların ən azı 78%-i ABŞ iqtisadiyyatının vəziyyətini mənfi qiymətləndirir.
Musavat.com xəbər verir ki, bunu bazar ertəsi Fox News-un dərc etdiyi sosioloji sorğunun nəticələri sübut edir.
Kanal qeyd edir ki, bu, Co Baydenin prezidentlik müddətinin əvvəlində olduğundan 9 faiz çoxdur. Bununla yanaşı, respondentlərin 44%-i gələn il vəziyyətin daha da pisləşəcəyinə inanır.
Respondentlərin 68%-i bütövlükdə ölkənin vəziyyətindən narazıdır və bu Amerikanın hazırkı administrasiyasının ilk günlərindən 15 faiz çoxdur. Sorğuda iştirak edənlərin 46%-i hazırkı hökumətin siyasətinin onlara “birbaşa zərər vurduğunu”, yalnız 14%-i isə onun hərəkətlərinin “onlara kömək etdiyini” bildirib.
Sorğunun nəticələrinin statistik səhvi 3 faiz təşkil edir.Tədqiqat dekabrın 10-dan 13-dək aparılıb və orada mindən çox insan iştirak edib.
Musavat.com