ABŞ və Ukrayna arasında danışıqlar Səudiyyə Ərəbistanında başlayır

Musavat.com xəbər verir ki, ABŞ və Ukrayna arasında danışıqlar bu gün axşam Səudiyyə Ərəbistanında başlayacaq.

Reuters-in məlumatına görə, bu görüş, ABŞ və Rusiya nümayəndə heyətlərinin gələn bazar ertəsi keçirəcəyi danışıqlardan əvvəl baş tutacaq.

Danışıqların əsas mövzusu müharibə zamanı qismən atəşkəsin tətbiqi olacaq.

Musavat.com

23.03.2025 19:23
506