ABŞ və Cənubi Koreya nümayəndələri Rusiya və KXDR arasında hərbi-texniki əməkdaşlığa cavab planı hazırlayıblar, lakin bunu ictimaiyyətə açıqlamayacaqlar.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə iki dövlətin diplomatik və hərbi idarə rəhbərlərinin iştirakı ilə aparılan danışıqların yekunlarına dair birgə bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, tərəflər həmçinin Rusiyanın KXDR-ə dəstəyini yaxından izləmək və onu üzə çıxarmaq qərarına gəlib, həmçinin Rusiya və KXDR-i beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməyə çağırıblar.
Eyni zamanda, sənəddə ABŞ-Cənubi Koreyanın Moskva və Pxenyana qarşı fəaliyyət planının praktiki olaraq necə həyata keçiriləcəyindən bəhs olunmur.
Musavat.com