Rusiya və ABŞ bu gün Əbu-Dabidə yeni məhbus mübadiləsi həyata keçirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Mübadilə çərçivəsində Rusiya ABŞ vətəndaşı (eyni zamanda Rusiya vətəndaşlığı da olan) Kseniya Karelinanı azad edib. O, ötən il Rusiyada ABŞ-da yerləşən ukraynalı xeyriyyə təşkilatına cəmi 100 dollardan az ianə etdiyi üçün dövlətə xəyanətdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
ABŞ isə Rusiyanın və Almaniyanın ikili vətəndaşı olan Artur Petrovu azad edib. O, 2023-cü ildə ABŞ-ın tələbi ilə Kiprdə həbs edilib. Petrov gizli mikroelektronikanın ixracında şübhəli bilinirdi.
Qəzetin məlumatına görə, mübadilə ilə bağlı danışıqları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ/CIA) direktoru Con Retkliff və Rusiyanın yüksək səviyyəli kəşfiyyat nümayəndəsi aparıblar.
Con Retkliff mübadilənin baş verdiyi Əbu-Dabi hava limanında şəxsən iştirak edib və Kseniya Karelinanı qarşılayıb.
Musavat.com