ABŞ və Ermənistan “böyüyən tərəfdaşlıq”dan danışdı – Vaşinqtondan sülh prosesi mesajı

ABŞ və Ermənistan arasında artan strateji tərəfdaşlıq və regional sülh prosesi ilə bağlı müzakirələr aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ rəsmiləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirilən görüşdən sonra açıqlama veriblər.

Mirzоyan da öz növbəsində vurğulayıb ki, bu gün regionda möhkəm sülhün bərqərar olması üçün real imkan mövcuddur və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması bu yolda mühüm tarixi mərhələ olacaq.

Tərəflər, həmçinin sülh gündəliyinin irəli aparılması üçün davam edən səylər barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilib.

Musavat.com

29.05.2025 18:20
350