ABŞ və Britaniyanın Yəmənə hava hücumu nəticəsində 31 SEPAH üzvü öldürülüb

Amerika və Britaniyanın Yəmənə hava hücumu nəticəsində 31 SEPAH üzvü öldürülüb. 

Musavat.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” kanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, Yəməndəki Əl-Hudeydə şəhərinə Amerika və Böyük Britaniyanın hava hücumları nəticəsində Husilərin raket və dron buraxılışında iştirak edən Hizbullah və SEPAH-ın 31 mütəxəssisi həlak olub. 

 

Musavat.com

01.06.2024 01:55
543