Ukrayna münaqişəsini tez bir zamanda həll edə bilməsələr, təhlükəsizlik məsələlərində Avropa və ABŞ-a etimad sarsılacaq.
Musavat.com xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik konfransında səsləndirib.
O, Asiyada təhlükəsizliklə bağlı vəziyyətin potensial pisləşməsi və Qərbin Çini cilovlamağa hazır olması kontekstində deyib: “ABŞ və avropalılar Ukraynadakı vəziyyəti qısa müddətdə həll edə bilməsələr, düşünürəm ki, bu regionlarda hər hansı böhranı həll etmək iddiasında olduqlarını nəzərə alsaq, onlara inam çox aşağı düşəcək”.
Musavat.com