ABŞ hökuməti Sincan-Uyğur Muxtar Bölgəsində (SUMR) insan hüquqlarının müdafiəsi ilə bağlı daha 29 Çin şirkətinin mallarının idxalına qadağa qoyub.
Musavat.com xəbər verir ki, məlumat ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda açıqlanır.
Sənəddən məlum olur ki, ABŞ “Tianjin Tianwei Food” qida şirkətini, elektron avadanlıqlar üçün materiallar sahəsində “tədqiqat, təkmilləşdirmə və istehsal” ilə məşğul olan Sintszyan Zhonghe şirkətini, həmçinin “Xinjiang Nonferrous Metals Industry Group” metallurgiya şirkəti və onun üç törəmə şirkətini qara siyahıya salıb. Bundan əlavə, aqrar sektordan 23 şirkət siyahıya daxil edilib. Ümumilikdə bu qara siyahıya indi 107 Çin firması daxildir.
Amerika administrasiyası 2021-ci ildən Çin hökuməti Uyğur Muxtar Bölgəsində insan haqlarını ciddi şəkildə pozduğuna və soyqırım törətdiyinə görə uyğurların məcburi əməyindən istifadə edən şirkətlərin mallarının ölkəyə idxalını dayandırmağa başlayıb.
Musavat.com