ABŞ G7 çərçivəsində Ukraynaya 20 milyard dollar məbləğində kredit ayırmağa razılaşıb. Bu məbləğ dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərlə ödəniləcək.
Musavat.com "Financial Times"a istinadən xəbər verir ki, bu barədə qərar G7 ölkələrinin 50 milyard dollar dəyərində olan kredit paketinin tərkib hissəsidir və iyun ayında razılaşdırılıb. ABŞ-ın bu qərarı, Avropa İttifaqının (Aİ) öz 35 milyard avroluq payını təsdiqlədiyi bir vaxtda verilib. Lakin ABŞ-ın dəstəyinə baxmayaraq, bu prosesə Avropa İttifaqında sanksiyaların uzadılmasına qarşı çıxan Macarıstan mane olur.
Danışıqlar sürətləndirilir, çünki ABŞ-da növbəti prezident seçkilərində Donald Trampın qalib gəlməsi halında Kiyevə edilən yardımların dayandırılması riski mövcuddur. Kreditin detalları G7 maliyyə nazirlərinin oktyabrın 25-də keçiriləcək görüşündə açıqlanması gözlənilir.