ABŞ Ukraynanı Starlink-dən ayırmaq niyyətində deyil – Rubio Varşavanı tənqid etdi

ABŞ Dövlət katibi Marko Rubio Ukraynanın Starlink peyk rabitəsindən ayrılacağı barədə iddiaları təkzib edib. O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin paylaşımına cavab olaraq, Vaşinqtonun Kiyevə bu sahədə dəstəyini davam etdirəcəyini bildirib.

Musavat.com bildirir ki, Sikorski Starlink-in Ukrayna üçün etibarlı xidmət göstərmədiyini və Varşavanın alternativ axtarmalı olacağını irəli sürmüşdü. Rublio isə ona sərt cavab verərək Ukraynanın Starlink olmasa, müharibəni çoxdan uduzacağını vurğulayıb:

“Və minnətdar olun, çünki Starlink olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar indi Polşa sərhədində olardılar”, – deyə Rublio Sikorskiyə səslənib.

Musavat.com

09.03.2025 21:08
500