ABŞ Ukraynada vurulan "Abrams" tanklarının sayını AÇIQLADI

Ukrayna iki ay ərzində beş “Abrams” tankını itirib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” ABŞ-dakı yüksək rütbəli mənbəyə istinadən yazıb.

Məlumata görə, Kiyevə ümumilikdə 31 “Abrams” tankı verilib.

Nəşr yazır ki, dronlar tankların vurulmasında mühüm vasitəyə çevrilib:

"Ölçülərindən və texnoloji təkmilliyindən asılı olaraq, dronlar 500 dollara başa gələ bilər. Bu da 10 milyon dollarlıq “Abrams” tankını vurmaq üçün cüzi bir investisiyadır".

Musavat.com

20.04.2024 18:27
3634