ABŞ Ukraynada atəşkəsə nəzarət mexanizmi hazırlayıb

Ukrayna nizamlanmasına dair Parisdə keçirilən görüşdə Birləşmiş Ştatlar Ukraynada hərtərəfli atəşkəs rejiminə əməl ediləcəyi təqdirdə ona riayət olunmasına nəzarət mexanizmi layihəsi hazırladığını bildirib. Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” Qərb rəsmilərinə istinadən yayıb.

ABŞ administrasiyasının planının təfərrüatları açıqlanmayıb. Nəşr qeyd edir ki, bu, hazır həll yolu deyil, konsepsiya layihəsidir.

Qeyd edək ki, aprelin 17-də Parisdə Fransa prezidenti Emmanuel Makron ABŞ dövlət katibi Marko Rubio və ABŞ liderinin xüsusi nümayəndəsi Steven Vitkoff ilə görüşüb. Yelisey sarayının məlumatına görə, bu “konstruktiv danışıqlar” Ukraynadakı münaqişənin həlli məsələsində “mövqelərin bir araya gəlməsinə” kömək edib. Səfər zamanı Rubio və Vitkoff Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik müşaviri Conatan Pauel, Almaniya kanslerinin xarici siyasət məsələləri üzrə müşaviri Yens Ploetner və Vladimir Zelenskinin aparat rəhbəri Andriy Yermakla da danışıqlar aparıb.

Musavat.com

19.04.2025 08:19
185