Yaxın Şərqdə və Şərqi Aralıq dənizində gərginlik artmaqdadır. ABŞ İsrailin Qəzzaya hücumlarından sonra Şərqi Aralıq dənizinə USS Gerald R. Ford təyyarədaşıyan gəmisini göndərdikdən sonra Çin Yaxın Şərqdə 6 döyüş gəmisinin yerləşdirildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Çin Müdafiə Nazirliyi döyüş gəmilərinin ötən həftədən fəaliyyət göstərdiyini bildirib.
Çin donanmasının Oman və Küveytdə əməliyyatlar apardığı və 6 ay əvvəl Somalinin şimalındakı Ədən körfəzinə gələn əməliyyat qrupunun döyüş gəmilərini müşayiət etdiyi qeyd olunub.
Çinin açıqlamaları Qərb mətbuatında geniş əks-səda doğurub: "Bölgədəki gərginlik artmağa davam etdikcə, 6 Çin gəmisinin fəaliyyət göstərməsinin əhəmiyyəti də artmaqdadır. Bu, iki qlobal gücün (ABŞ və Çin) bölgəyə müdaxiləsinin açıq bir göstəricisidir".
Musavat.com