ABŞ Suriyanın yeni rəhbərliyini HƏDƏLƏDİ - Bu tələblər yerinə yetirilməsə...

ABŞ prezidenti Donald Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı qəti addımlar atmağı və sanksiyaların qismən yüngülləşdirilməsi müqabilində fələstinli silahlıları Suriyadan çıxarmağı tələb edir.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazır.

ABŞ rəsmiləri bildiriblər ki, Tramp administrasiyası Suriyanın yeni islamçıların rəhbərlik etdiyi hökumətə qarşı sərt mövqe tutmaqla hədələyir, ekstremistlərə qarşı təzyiqlər və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli silahlıların qovulması tələblərini irəli sürür.

Məqalədə həmçinin qeyd olunur ki, son həftələrdə Ağ Ev Suriya hakimiyyətini kimyəvi silah ehtiyatlarının təhlükəsizliyini təmin etməyə məcbur edən direktivlər hazırlayıb.

Şərtlər yerinə yetirilərsə, Vaşinqton Suriyaya humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün Bayden administrasiyası tərəfindən əvvəllər tətbiq edilmiş sanksiyalardan məhdud imtinanın uzadılmasını nəzərdən keçirməyə hazırdır.

Musavat.com

18.04.2025 18:10
635