ABŞ Suriyanın şimal-şərqini raket atəşinə tutub

ABŞ hərbçiləri Suriyanın şimal-şərqini raket atəşinə tutub.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, raket zərbələri ABŞ-ın Suriyanın Deyr-əz-Zor əyalətinin Koniko neft-qaz yatağı yaxınlığındakı hərbi bazasından endirilib.

İtki və dağıntı barədə məlumat verilməyib.

23.11.2023 17:36
415