ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəsmi bəyanatla çıxış edərək, yaxın aylarda Suriyadakı Amerika hərbçilərinin sayının təxminən 1000 nəfərə qədər azaldılacağını təsdiqləyib.
Musavat.com xəbər verir ki, hazırda Suriyada təxminən 2000 ABŞ əsgəri yerləşdirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, bu qərar İŞİD-ə qarşı koalisiya qüvvələrinin əldə etdiyi əhəmiyyətli uğurlardan sonra verilib.
“ABŞ, İŞİD-in qalıqlarına qarşı zərbələr endirməyə davam etməyə hazır olacaq”, – deyə bəyanatda vurğulanır.
Pentaqon həmçinin bildirib ki, ABŞ-ın Suriyada qalmaqda məqsədi bölgədə sabitliyi qorumaq və terror təhdidlərinə qarşı çevik reaksiya vermək imkanını saxlamaqdır.
Musavat.com