ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdikdən sonra bu ölkəyə məxsus General Electric(GE) şirkəti Rusiyadakı qaz turbinlərinə xidməti dayandırdığını elan edib.
Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, GE heç bir xəbərdarlıq etmədən monitorinq sisteminə girişi bağlayıb. Şirkətin sonrakı addımı özünün və Alstom şirkətinin məhsulu olan turbinlər üçün original detalların çatdırılmasını dayandırmaq ola bilər.
GE həmçinin Rusiya İstilik elektrik stansiyalarındakı qaz turbinlərinə xidməti də dayandırıb.
Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatına əsasən Rusiyanın neft-qaz və digər sənaye sahələrində ümumilikdə 1700 xarici istehsallı turbin var. Bu turbinlərin olduğu enerji bloklarının ümumi istehsal gücü 25 GVt təşkil edir ki, bu da Rusiyada istehsal olunan elektrik enerjisinin 17 faizi deməkdir.
Musavat.com