“Ukrayna Kursk vilayətində Seym çayı üzərindəki körpünü dağıtmaq üçün Qərb raketlərindən istifadə edib”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında belə yazıb. “İlk dəfə Kursk bölgəsi Qərb istehsalı olan raket buraxılış sistemləri, ehtimal ki, ABŞ-ın HİMARS raketləri ilə vurulub. Hücum nəticəsində Qluşkovski rayonunda Seym çayı üzərindəki körpü tamamilə dağılıb. Təxliyə edilən mülki əhaliyə yardım edən könüllülər həlak olub”, - Zaxarova bildirib.
Qeyd edək ki, Ukrayna ordusunun Qluşkovski rayonundakı körpünün məhv edilməsi anının görüntüləri ötən gün yayılmışdı.
“Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində yeni irəliləyişlərə malikdir, bəzi istiqamətlərdə onlar bir-üç kilometr məsafədə irəliləyiblər”. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski videobağlantı vasitəsilə Prezident Vladimir Zelenskiyə məruzəsində deyib.
"Hücum döyüşləri davam etdirilir və bəzi istiqamətlərdə 1-3 km irəliləyirik. Bütün cəbhə xəttində döyüşlər davam edir. Vəziyyət nəzarət altındadır. Bütün tədbirlər plana uyğun həyata keçirilir", - o bildirib. O vurğulayıb ki, Kursk vilayətindəki qoşunlar hər şeylə təmin olunub, maddi-texniki təchizat sistemi nasazlıq olmadan işləyir. General qeyd edib ki, hazırda Malaya Lokni ərazisində döyüşlər gedir: "Ümid edirəm ki, orada çoxlu əsirlər olacaq". Sırski prezidentə ölkənin şərqindəki vəziyyət barədə də məlumat verib. Onun sözlərinə görə, səhər saatlarından etibarən Pokrovsk və Toretsk istiqamətlərində şiddətli döyüşlər gedir: "Haqqında məlumat verdiyim bütün tədbirlər həyata keçirilir. Hər şeyi nəzarətdə saxlayıram".
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu və siyasi şərhçi Heydər Oğuz Kursk müharibəsini, Naxçıvanın atəşə tutulmasını və Putinin Bakı səfərini müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: