ABŞ səfirliyi jurnalistə hücumu pisləyib

ABŞ səfirliyi jurnalist Aytən Məmmədovaya hücumu pisləyib.

“Jurnalist Aytən Məmmədovaya edilən hücumu pisləyirik. Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, - bu barədə səfirliyin "Facebook" səhifəsində deyilir.//Turan İA

10.05.2022 00:15
1066