ABŞ səfiri: “Azərbaycanla əlaqələr müsbət istiqamətdə inkişaf edir”

“Azərbaycan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunam və əlaqlərimiz müsbət istiqamətdə inkişaf edir”.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərə açıqlamasında deyib.

Diplomat bildirib ki, son 30 ildə əlaqlərdə böyük irəliləyiş olub: "Yüksək səviyyələrdə təmasların fəal olması da münasibətlərimizin səviyyəsinin göstəricisidir. Əminəm ki, biz birlikdə Azərbaycanın və regionun üzləşdiyi problemlərin öhdəsindən gələ biləcəyik."

01.07.2022 20:09
347