ABŞ Demokrat Partiyasının prezidentliyə namizədi Kamala Harris respublikaçıların rəqibi Donald Tramp qarşısında üstünlüyünü qoruyur.
Musavat.com xəbər verir ki, Reuters/Ipsos-un birgə keçirdiyi sorğu bunu göstərir.
Sorğu nəticələrinə görə, Harrisin reytinqi 44%, Trampın 43% təşkil edir. Lakin iki həftə öncə demokrat namizəd rəqibini 3% qabaqlayırdı.
Analitiklər Kamala Harrisin Tramp qarşısında üstünlüyünün sentyabrın sonundan bəri durmadan azaldığına diqqət çəkirlər.
Əvvəlki sorğularda olduğu kimi, iqtisadiyyat (47%-ə qarşı 37%) və immiqrasiya (48%-ə qarşı 33%) mövzularında seçicilər Trampı dəstəkləyiblər. Digər tərəfdən, Harris siyasi ekstremizm probleminin həllində daha səriştəli hesab olunur (40%-ə qarşı 38%), lakin hətta burada onun üstünlüyü minimuma enib.
Musavat.com