ABŞ Rusiyaya görə Avropa banklarını sanksiyalarla hədələyib

ABŞ Rusiyada fəaliyyətini davam etdirən Avropa banklarına qarşı sanksiyaları sərtləşdirməklə hədələyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ölkənin maliyyə naziri Canet Yellen Rusiyaya yardım göstərməyin mənfi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Canet Yellen Rusiyada fəaliyyətini dayandırmayan bankların “çox yüksək risklərlə” üzləşdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ABŞ bunu təsbit etdiyi halda heç bir tədbirdən qaçmayacaq. O, hansı bankların bu cür tədbirlərlə üzləşəcəyini açıqlamayıb.

Musavat.com

26.05.2024 11:32
577