ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın yeni ərazilərdə təşkil etdiyi seçki prosesində iştirak edən beynəlxalq müşahidəçilərə qarşı sanksiyalarla hədələyib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Dövlət Departamentinin bəyanatında deyilir: “Biz Rusiyanın Ukraynadakı seçkilərini dəstəkləyə biləcək hər hansı şəxslərə, o cümlədən qondarma “beynəlxalq müşahidəçi” kimi fəaliyyət göstərərkən onlara sanksiyalar və viza məhdudiyyətlərinə məruz qala biləcəyini xatırladırıq”.
Blinken ABŞ-ın bu seçkinin nəticələrini heç vaxt qəbul etməyəcəyini vurğulayıb.
Bundan əvvəl Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano Rusiyanın yeni təsis qurumlarında keçirilən seçkiləri beynəlxalq hüququn pozulması adlandırıb və bunda iştirak edənlərin hamısını məsuliyyətə cəlb etməklə hədələyib.
Musavat.com