Amerika Birləşmiş Ştatları Rusiyadan qitələrarası ballistik raketi sınaqdan keçirməyi planlaşdırdığı barədə bildiriş alıb.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi “Twitter“ hesabında məlumat verilib.
“Biz START-3 müqaviləsinin prosedurları vasitəsilə Rusiyanın qitələrarası ballistik raketi sınaqdan keçirəcəyi barədə məlumat aldıq”, – deyə Pentaqonun nümayəndəsi Sabrina Sinq brifinqdə bidirib.
O əlavə edib ki, bildiriş həftəsonu alınıb.
Fevralın 21-də CNN adı çəkilməyən ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Rusiya ABŞ prezidenti Co Baydenin Kiyevə səfəri ərəfəsində raket sınağı keçirib.
Məlumata görə, buraxılış uğursuz olub.