ABŞ Rusiya və ona kömək edənlərə qarşı daha güclü sanksiyaları anons etdi

ABŞ gələn həftə Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib: “Gələn həftə biz Kremlin döyüş maşınına yardım edənlərə, o cümlədən üçüncü ölkələrdə vasitəçilik edənlərə qarşı güclü yeni sanksiyaları açıqlayacağıq”.

O, əlavə edib ki, Birləşmiş Ştatlar anti-Rusiya sanksiyalarından yayınmaqla mübarizəni davam etdirir.

Dünən məlum olub ki, Aİ ölkələri Rusiyaya qarşı Rusiyanın enerji ixracına, əsasən mayeləşdirilmiş təbii qaza (LNG) qarşı yönəlmiş 15-ci sanksiyalar paketinin hazırlanmasına yanvar ayından sürətləndirilmiş templə başlayacaqlar. Avropa İttifaqında Rusiya iqtisadiyyatına necə zərbə endirilməsi ilə bağlı müzakirələrin hazırda Aİ Şurasına sədrlik edən Macarıstan tərəfindən ləngidildiyi vurğulanır.

Musavat.com

22.10.2024 21:01
431