ABŞ Rusiya və Cənubi Osetiya banklarını sanksiya siyahısına saldı

ABŞ Maliyyə Nazirliyi Rusiya vətəndaşı Dmitri Nikulinə, o cümlədən Rusiyadan “Timer Bank” PJSC və “Stroytrade” MMC-yə, həmçinin Cənubi Osetiyadan “International Settlement Bank” MMC-yə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı yazılı açıqlamada məlumat yer alıb.

Sanksiyalar siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin adları çəkilən şəxslərlə işbirliyini qadağan edir.

Musavat.com

19.09.2024 21:40
209