ABŞ-dan olan bir qrup tədqiqatçı Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edib.
Musavat.com xəbər verir ki, tədqiqatçılar arasında Hudson İnstitutunun böyük elmi işçisi, ABŞ Milli Təhlükəsizlik komitəsinin üzvü Mayk Doran da olub.
Doranın Cəbrayılda Xudafərin körpüsü qarşısında çəkilən fotosu sosial şəbəkələrdə müzakirələrə yol açıb.
"Xudafərin körpüsündə günorta çayı içməkdən həzz aldım" - ABŞ rəsmisi tvitter hesabında yazıb.
Belə ki, hazırda Qərb ölkələri ilə İran arasında yaşanan gərginlik fonunda siyasətçinin İranla sərhəddə şəkil çəkdirməsi maraqla qarşılanıb.
Toğrul İSMAYIL,
Musavat.com