ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Qəzza münaqişəsinə dair sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, Barrak atəşkəs perspektivlərinə şübhə ilə yanaşaraq bildirib: “Qəzzada atəşkəsin uğurlu olacağını düşünmürəm. Netanyahunun qırmızı xətti yoxdur; İsrail özünü təhdid altında hiss edərsə, hər yerə gedər və hər şeyi edər”.
Diplomatın sözlərinə görə, bölgədə vəziyyətin mürəkkəbliyi və İsrailin sərt mövqeyi yaxın vaxtlarda sülh imkanlarını xeyli zəiflədir.
Musavat.com